İran İŞİD-lə təkbaşına mübarizə aparacaq

19:31 | 31.10.2014
İran İŞİD-lə təkbaşına mübarizə aparacaq

İran İŞİD-lə təkbaşına mübarizə aparacaq

Düşmənimin düşməni mənim dostumdur. “İslam Dövləti” radikal qruplaşma ilə mübarizəyə qaldıqda isə ABŞ və İranın eyni tərəfdə olduqları görünür. Amma, Hassan Rohani İranın prezidenti olan kimi iki dövlət arasında münasibətlər bir qədər korlandı, İŞİD ilə bərabər mübarizəyə iş gedib çatmadı. Oxu.Az Euronews-a istinadən xəbər verir ki, İran ekstremistlər ilə müstəqil mübarizə apararkən, eləcə də İraqa yardım edərkən regional lider rolunu oynayır. Bu günlərdə İraqın baş naziri Hayder əl-Abadi Tehranda bu məsələni Hasan Rohani ilə müzakirə edib.Amma İranın Yaxın Şərqdə oynadığı bu rolu Ərəb körfəzi ölkələri, eləcə də İsrailin xoşuna gəlmir.İranın ABŞ və Avropa ölkələri ilə münasibətlərinin nizama salınmasında mane olaraq İranın nüvə proqramı qalır, bu məsələ üzrə danışıqlar 24 noyabrda imzalanacaq razılaşma ilə yekunlaşacaq.İran parlamentinin beynəlxalq işlər üzrə komitə sədri Ələddin Euronews telekanalına müsahibə verəcək.- Salam. Müsahibəmizi İran və ABŞ-ın ümumi düşməni - “İslam Dövləti ” qruplaşması mövzusundan başlayaq. Bu qrupu darmadağın etmək üçün iki dövlətin əməkdaşlığı mümkündürmü?- Təəssüf ki, ABŞ və onun regional partnyorları bu qruplaşmanın yaranmasında müəyyən rol oynayıblar. Biz onlarla demək olar ki, elə ilk gündən mübarizə aparmağa başladıq. Amerikalılar isə bu fəlakətə yalnız terrorçuların iki amerikalı jurnalisti qətlə yetirdikdən sonra müdaxilə etməyi qərara aldılar. Onlar amerikalıların ictimai fikrinin təsiri altında mübarizəyə başladılar. Ona görə də biz bu qruplaşmanı yaradan, indi isə onu darmadağın etmək istəyən ölkələrin daxil olduğu koalisiyaya inanmamalıyıq. Ona görə də bu təzadı və inamın azlığını nəzərə alaraq, biz onlarla müstəqil şəkildə mübarizə aparırıq, amerikalılar isə koalisiya tərkibində mübarizə aparır.- İran-Amerika münasibətlərindən danışaq. 35 ildən sonra “Boeing” şirkəti İrana təyyarə üçün ehtiyat hissələrini satmağa başladı. Bu sanksiyaların yumşaldılması və ya İran-Amerika münasibətlərinin dəyişməsi deməkdir?- Cenevrə razılaşması və əsasən də ABŞ danışıqları İran və ABŞ arasında eləcə də İran və Qərb arasında münasibətlərə təsir edib. Amma təəssüf ki, regionda olduğu kimi, eləcə də Avropada, ABŞ-a təzyiq göstərən razılaşmaların əldə edilməsini və sanksiyaların ləğv edilməsini istəməyən ölkələr var. Belə ki, bizim “Boeing”lə ehtiyat hissələrinin satılması haqqında razılaşmanın əldə edilməsi bu danışıqların nəticəsidir. 24 noyabrda İran nüvə proqramına dair danışıqlarda nələrin baş verəcəyini gözləyək.- Avropa və Rusiya arasında münasibətlər Ukrayna böhranına görə gərginləşdi, indi isə avropalılar ölkələrinə enerji daşıyıcılarının çatdırılmasından narahatdırlar. İran Rusiyanı əvəz edərək Avropaya qaz çatdıra bilərmi?- Avropanın İran qazı ilə təmin edilməsi barədə danışıqlar çoxdan gedir. Son ana qədər buna amerikalılar qarşı çıxırdı. Bilirsiniz ki, İranı Türkiyə ilə birləşdirən qaz kəmərinin Avropaya qədər uzadılması ciddi mərhələdə idi, amma amerikalılar müdaxilə edərək bunun növbəti dəfə qarşısını aldılar. Və mən düşünürəm ki, Amerika siyasətinin əsas istiqamətləri dəyişməz qalıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM