İran ixracatçıları Bakıya gələcək

11:12 | 22.09.2015
İran ixracatçıları Bakıya gələcək

İran ixracatçıları Bakıya gələcək

Noyabrın 11-dən 13-dək Bakıda neft-qaz və neft-kimya sənayesi, hidroenergetika, inşaat sənayesi və İranın mühəndis-texniki xidmətlərinə həsr edilmiş birinci ixtisaslaşdırılmış sərgi keçiriləcək.

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, "İran-layihə” adı ilə həyata keçiriləcək sərgiyə aparıcı İran şirkətləri, yerli istehsalçılar və ixracatçılar , həmçinin şəxsi sahibkarlar iştirak edəcək. 

Bakıda keçiriləcək İran sərgisinin icraçı direktoru Həsən Mortadji İranla Azərbaycan arasında beş sənədin 2014-cü ildə Azərbaycan və İran arasında imzalanmasını xatırladıb, bildirib ki, hər iki ölkə əmtəə dövriyyəsinin artımına və ticarət-iqtisadi əməkdaşlığın genişlənilməsinə çalışır. 

Onun sözlərinə görə, İranla Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi 2 milyard dollara çatmalıdır. 

"Keçən il Azərbaycana İran ixracının həcmi 520 milyon dollar olub, amma İranın rabitə və informasiya texnologiyaları nazirinin və Bakıda İranın səfirinin bəyanatlarına əsasən deyə bilərik ki, iki ölkənin arasında əmtəə dövriyyəsinin həcmi ildə 2 milyard dollar səviyyəyə çatmalıdır”.

H.Mortadji İran ixracatçılarının Azərbaycan bazarında genişlənmələri üçün aktiv səylərini qoruduqlarını qeyd edib:

"Azərbaycanda son illərdə mənzil sahəsində reallaşdırılan böyük layihələr və yol tikintisinin sayı əhəmiyyətli dərəcədə  artıb, İran ixracatçıları Azərbaycan bazarına öz məhsulunun çatdırılmalarının genişlənilməsi məqsədi ilə aktiv səylərini qoruyurlar”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM