İranda Həsən Ruhani hakimiyyətə gəldikdən sonra baş verən dəyişikliklər təkcə ölkənin xarici siyasətində deyil, ölkə daxilində də hiss edilir. Məhdudiyyətlərin yumşalması paytaxt Tehranda fəaliyyət göstərən kafelərin sayının günbəgün artmasında da özünü göstərir. Şəhər mərkəzindəki kafelərdə gənclər, qadınlar və kişilər bir araya gələrək, vaxt keçirir, kofe içməklə yanaşı, ödənişsiz vay-faydan da yararlanırlar.Tehranda kafelər 1 əsrə yaxındır mövcuddur, lakin bu Qərb-üslublu sosial məkanlar 1979-cu il İslam İnqilabından sonra arzuolunmaz bir şeyə çevrilmişdi. İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın hakimiyyəti illərində bir çox kafelər bağlanmışdı."Yeni hökumətdən əvvəl gənclər kafelərə getməzdilər. İndiki ilə müqayisədə keçmişdə azadlıq daha məhdud idi. İndi hər şey daha yaxşıdır. Daha çox insan kafelərə gedir, kafelər gözəlləşib, antik üslubda dekorasiyalardan və işıqlardan istifadə edilir. Burada özümüzü evdəki kimi hiss edirik, söhbət etməyə, yaxşı vaxt keçirməyə bura gəlirik" - Fərzin Pənahi adlı Tehran sakini belə deyir.Statistikaya görə, son 2 il ərzində İranda kafelərin sayı 3 dəfə artıb. Qeyri-rəsmi məlumatlara görə, təkcə 12 milyon əhalisi olan Tehranda 4800-dən çox kafe fəaliyyət göstərir.
Bizi sosial şəbəkələrdə izləyin !