İranın
Səhiyyə nazirinin müavini koronavirusa yoluxma səbəbindən ölənlərin sayının 12-yə çatması barədə xəbərin
gizlədilməsi iddiasını rədd edib. İranda koronavirusun yayılmağa başladığı Qum
vilayətinin millət vəkili hakimiyyəti problemin tam miqyasını gizlətməkdə
günahlandırıb. Bu barədə BBC xəbər
verir.
Əhməd
Əmirabadi-Fərəhani tək Qumda 50 ölüm hadisəsinin qeydə alındığını söyləyib.
Amma İraj
Harirci bu məlumatı rədd edib. "Bu,
siyasi qarşıdurmaların vaxtı deyil. Koronavirus milli problemdir. Bu rəqəmin yarısı
hətta düz olarsa istefa verəcəm”, – deyə o, s öyləyib.
Hökümət
sözcüsü Əli Rabiei ölənlərin sayı ilə bağlı şəffaf məlumat verəcəyini bildirib.
O, həmçinin İlna xəbər agentliyinə açıqlamasında ölənlərin sayının 40 nəfər
olduğununu, bu barədə nazir müavininə məlumat verdiyini və onun istefasını gözlədiyini
söyləyib.
Hakimiyyət
virusun yayılmasının qarşısını almaq üçün məktəb və universitetlərin
bağlanmasını əmr edib.
Cənab
Namaki bazar günü televiziyada çıxışında bildirib ki, Qumda ölənlərdən biri Çinə müntəzəm səyahət edən tacirlərdən olub.
O,
insanları şiə müsəlman zəvvarları üçün əsas məkan olan Qum şəhərinə getməməyə çağırıb.
Qum şəhəri
ziyarətgah hesab edildiyi üçün hər il milyonlarla iran və digər ölkələrin vətəndaşları
bura gəlir.
Qum həmçinin
İranın ən böyük şiə din xadimlərinin evidir. Buna görə də dünyanın müxtəlif
yerlərindən insanlar din xadimlərinin seminarlarında iştirak etmək üçün Quma gəlirlər.
Səudiyyə
Ərəbistanı, Küveyt, İraq, Türkiyə, Pakistan və Əfqanıstan İrana səyahət və
immiqrasiyaya məhdudiyyətlər tətbiq edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !