İran millisinin keçmiş oyunçusu koronavirusdan vəfat etdi

22:30 | 28.01.2021
İran millisinin keçmiş oyunçusu koronavirusdan vəfat etdi

İran millisinin keçmiş oyunçusu koronavirusdan vəfat etdi

İranın veteran futbolçusu Mehrdad Minavənd koronavirusdan vəfat edib.

"Report” "SəhərAzəri”yə istinadən xəbər verir ki, o, 46 yaşında dünyasını dəyişib.

Minavənd yanvarın 21-də koronavirus diaqnozu ilə Tehrandakı xəstəxanalardan birinə yerləşdirilən sabiq oyunçu 6 gün sonra ölüb.

Qeyd edək ki, Mehrdad Minavənd 1975-c il noyabrın 30-da Tehranda anadan olub. O, İranın "Persepolis”, Avstriyanın "Şturm", Belçikanın "Şarlerua”, Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şəbab”, həmçinin İranın "Keşavərz”, "Sepahan”və başqa klublarında oynayıb. Minavənd 1998-ci ildə dünya çempionatında İran millisinin heyətində yer alıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb