İran milyardlarla dollarlıq müqavilələrə imza atır

10:35 | 28.01.2016
İran milyardlarla dollarlıq müqavilələrə imza atır

İran milyardlarla dollarlıq müqavilələrə imza atır

Embarqonun aradan qaldırılmasından sonra, İran dünya iqtisadiyyatına sürətlə inteqrasiya edir. Belə ki, İran son 10 gündə milyardlarla dollarlıq müqavilələrə imza atıb. İran prezidenti bu həftə Avropa turuna çıxaraq liderlərlə bir araya gəlib.

Oxu.Az həmin ölkələri və imzalanan müqavilələri təqdim edir.

İran prezidenti Həsən Ruhani dünən Vatikanda Roma Papası Frensis ilə bir araya gəldi. 17 il aradan sonra Vatikana səfər edən ilk İran lideri olan Ruhani İtaliya baş naziri Matteo Renzi və iş adamları ilə də görüşüb. Ruhani İtaliya səfərində onlarla müqaviləyə imza atıb.

Metal nəhəngi Danieli Group ilə ümumilikdə 6,2 milyard dollarlıq müqaviləyə imza atıldı.

İtalyan neft şirkəti "Eni”nin iştirakı ilə "Saipem” ilə də müqavilə imzalanıb, amma müqavilənin detalları açıqlanmayıb.

İtalyan Dövlət Dəmir Yolları və gəmi şirkəti "Fincantieri” ilə də infrastruktur layihələri sahəsində müqavilələr imzalanıb.

Fransa

Ruhani Fransa prezidenti Fransua Olland ilə görüşüb və "Airbustan” 100-dən artıq təyyarənin alışı üçün görüş keçirilib.

Avtomobil nəhəngləri "PSA Peugeot Citron” and 2Renault-Nissan” da embarqo prosesində İranda itirdikləri bazarı yenidən geri qazanmaq üçün həmlə edib.

Almaniya

Almaniyanın ən böyük 2 şirkəti İran ilə müqavilə imzalayıb. "Simens” İran ilə 1,6 milyard dollarlıq müqavilə imzalayıb. Bundan başqa, "Daimler” də İran ilə birlikdə yük maşını və mühərrik istehsal etməyi planlaşdırdığını və apreldə da İranda ofis açacağını bildirib.

Çin

Çin dövlət başçısı Si Cinpin İrana etdiyi rəsmi səfəri çərçivəsində müxtəlif sahələrdə 17 əməkdaşlıq protokolu imzalanıb. İki ölkə lideri ticarət həcmini 600 milyard dollar səviyyəsinə çıxarmaq üçün danışıqlar aparıb.

ABŞ

Bu ölkə ilə isə ticari uçuşların başlanacağı gözlənilir. Bunun üçün də ABŞ tərəfindən addımlar atılır.

Türkiyə

İran üzərindən embarqonun götürülməsindən sonra, "Bank Pasargad” Türkiyə bazarına daxil olmağa çalışıb. Bankın idarə heyətinin üzvü, "Ya filial açacağıq, ya da bank açacağıq deyib”.

Qeyd edək ki, ötən gün Dövlət Neft Şirkəti (SOCAR) prezidenti Rövnəq Abdullayev İrana səfər etmişdi. Embarqo aradan qaldırılmamışdan öncə isə İqtisadiyyat naziri Şahin Mustafayev, eləcə də Nəqliyyat naziri Ziya Məmmədov böyük nümayəndə heyəti ilə İrana səfər etmişdi.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti