• $
  • €
  • ₽
  • ₺
  • £

İran narkotik ticarəti ilə mübarizəyə ildə 1 milyard dollara qədər pul xərcləyir - İRNA

İran narkotik ticarəti ilə mübarizəyə ildə 1 milyard dollara qədər pul xərcləyir - İRNA
25.01.2023 17:14
İran narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəyə ildə 700 milyon dollardan 1 milyard dollara qədər vəsait xərcləyir. Bu barədə IRNA agentliyi xəbər verib. 

İranın Narkotiklərlə Mübarizə Qərargahının baş katibi Eskəndər Momeni narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə beynəlxalq yardımın vacibliyini vurğulayıb. O, IRNA-ya bildirib ki, beynəlxalq qurumların hesabatlarına əsasən, narkotik ticarətinin aşkarlanmasının təxminən 92%-i İslam Respublikasında baş verir və ölkə bu məsələdə tamamilə təkdir.

Narkotiklərlə bağlı hüquq-mühafizə orqanlarının əhəmiyyətli xərclərinə sərhədlərin bağlanması, qaçaqmalçılıqla mübarizə, narkotiklərin tranzitinin aşkar edilməsi və monitorinqi, tələbatın azaldılması, müalicənin təmin edilməsi və s. daxildir. Rəsmi əlavə edib ki, İran beynəlxalq təşkilatlardan heç bir yardım almır.

Eskəndər Momeninin sözlərinə görə, BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi 1999-cu ildə Tehranda ofis açıb və o vaxtdan İran narkotiklərə nəzarət sahəsində BMT ilə yaxşı əməkdaşlıq qurub. Lakin İranın hərəkətlərinin bəyənilməsinə baxmayaraq, BMT maliyyə cəhətdən əsasən Qərb və Avropa ölkələri olan donor ölkələrdən asılıdır.

Eskəndər Momeni İranın narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə ən mühüm probleminin ölkənin ən böyük narkotik istehsalçısı olan və son vaxtlar metamfetaminin əsas istehsalçısına çevrilmiş Əfqanıstanla həmsərhəd olması faktını vurğulayıb.
 
Gülnar 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Dünya 10:16
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Dünya 11:53
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Putin Çinə gedib
Dünya 22:48
Putin Çinə gedib
Bolqarıstan sahillərində qaz tankeri batıb
Dünya 22:10
Bolqarıstan sahillərində qaz tankeri batıb
Türkiyədə zəlzələ olub
Dünya 20:50
Türkiyədə zəlzələ olub
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Dünya 19:56
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Dünya 19:20
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyada internet kəsilib
Dünya 16:11
Rusiyada internet kəsilib
Qara dənizdə qaz daşıyan gəmi batıb
Dünya 14:10
Qara dənizdə qaz daşıyan gəmi batıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol