• $ 1.7
  • € 1.9791
  • ₽ 0.021951
  • ₺ 0.04
  • £ 2.2495

İran naziri hicabsız qadınların təqib olunmayacağını bildirib

İran naziri  hicabsız qadınların təqib olunmayacağını bildirib
23.01.2025 20:22
İran hökuməti ictimai yerlərdə saçlarını örtməyən qadınlara təzyiq göstərməmək qərarına gəlib. Bu barədə İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif bildirib.
 
O, bunu "düzgün istiqamətdə atılan addım" adlandırıb. Bu barədə Mehr agentliyi xəbər verir.

Zərif bu açıqlamanı çərşənbə günü Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində CNN-in jurnalisti Fərid Zəkəriyyə ilə söhbətində verib.

"Əgər siz Tehranın küçələrinə çıxarsınızsa, görərsiniz ki, bir çox qadınlar saçlarını örtmür. Bu, qanunsuzdur, lakin hökumət qadınlara təzyiq göstərməmək qərarına gəlib", –  o bildirib.

İranın vitse-prezidentinin sözlərinə görə, bu qərar ölkə prezidenti Məsud Pəzeşkianın seçki kampaniyası zamanı verdiyi vədin yerinə yetirilməsi çərçivəsində qəbul edilib.

Zərif əlavə edib ki, ölkə prezidenti ictimai yerlərdə saçlarını örtməyən qadınlara cəza tətbiq edən qanunun icra olunmaması qərarını qəbul edib.
 
Onun sözlərinə görə, bu addım İran rəhbərliyinin – parlament sədri, məhkəmə sisteminin rəhbəri və Milli Təhlükəsizlik Şurasının razılığı ilə atılıb.

Bununla belə, Zərif vurğulayıb ki, qadınlara təzyiq göstərməmək üçün görülən tədbirlər hələ kifayət deyil, lakin bu, "düzgün istiqamətdə atılmış addımdır".
 
N.Təbrizli































www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukrayna və Rusiyadan olan diplomatlar Türkiyə XİN-ə çağırılıb
Dünya 23:30
Ukrayna və Rusiyadan olan diplomatlar Türkiyə XİN-ə çağırılıb
İsrailin “Avroviziya 2026”-da iştirakı təsdiqlənib
Dünya 23:18
İsrailin “Avroviziya 2026”-da iştirakı təsdiqlənib
Rusiya "SnapChat"ı da bloklayıb
Dünya 21:45
Rusiya "SnapChat"ı da bloklayıb
Naməlum dronlar Zelenskinin təyyarəsini təqib edib
Dünya 21:15
Naməlum dronlar Zelenskinin təyyarəsini təqib edib
Erməni arxiyepiskop Arşak Xaçatryan saxlanılıb
Dünya 19:47
Erməni arxiyepiskop Arşak Xaçatryan saxlanılıb
CAR G20-də fəaliyyətini müvəqqəti dayandırır
Dünya 18:30
CAR G20-də fəaliyyətini müvəqqəti dayandırır
Paşinyan: Katolikos II Qaregin milli təhlükəsizlik üçün təhdiddir
Dünya 18:08
Paşinyan: Katolikos II Qaregin milli təhlükəsizlik üçün təhdiddir
Putin Hindistana səfər edib
Dünya 18:04
Putin Hindistana səfər edib
Rusiyada "FaceTime" bloklanıb
Dünya 13:13
Rusiyada "FaceTime" bloklanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol