Sanksiyaların aradan qaldırılacağı təqdirdə İran nefti Azərbaycan neftinə rəqabət baxımından problemlər yaratmayacaq.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan XİN Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Qaya Məmmədov bu gün Bakıda keçirilən "Xəzər regionunun geosiyasi xülasəsi: Azərbaycanın yeni rolu" adlı konfransdakı çıxışı zamanı bildirib.
"Enerji bazarında rəqabət var, lakin bu hər zaman olub və təkcə İranla yox, ümumiyyətlə", - Q.Məmmədov qeyd edib.
O, "altılıq" və İran arasında yay aylarında baş tutacaq İranın nüvə proqramı ilə bağlı son razılaşmanın əldə olunacağına və bu ölkəyə qarşı sanksiyaların aradan qaldırılacağına ümidvar olduğunu bildirib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !