İran nefti istənilən qiymətə satmağa hazırdır

19:28 | 25.08.2015
İran nefti istənilən qiymətə satmağa hazırdır

İran nefti istənilən qiymətə satmağa hazırdır

Ölkə bazara neft çatdırılmasını artırmağa hazırdır.

İranın neft naziri Namdar Zanqane İran İslam Respublikasının nefti qiymətindən asılı olmayaraq neft bazarına çıxarmağa hazır olduğunu bəyan edib, Reuters bildirib.

"Biz qiymətdən asılı olmayaraq neft satmaq niyyətindəyik, əlbəttə nefti baha qiymətə satmaq istərdik, amma qiyməti bazar müəyyən edir”, - Zanqane bəyan edib.

O, vəd edib ki, sanksiyaların ləğv edilməsindən sonra İran bazara çatdırılan neftin həcmini sutkada 1 milyon barelədək artırmağa hazır olacaq.  //oxu.az
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM