ABŞ, Rusiya və Böyük Britaniya da daxil olmaqla, dünyanın böyük altı ölkəsi İranda nüvə aktivliyinin miqyasını azaltmaq məqsədilə danışıqlar aparıb.
Ümid var ki, İran bəzi iqtisadi sanksiyaların qaldırılması qarşılığında ortaq məxrəcə gələcək.
Bazar ertəsi qərar günü olsa da, heç bir məlumat verilməyib.
Lakin İranın Tələbələr Xəbər Agentliyi (İsna) bildirib ki, çərşənbə axşamı səhəri İranın xarici işlər naziri Javad Zarif və Avropa İttifaqı xarici siyasət rəhbəri Federica Mogherini Vyanada bir neçə saata birgə bəyanatla çıxış edəcək.
Başqa bir hökümətyönlü agentlik isə deyib ki, bu səhər 8-də İran altılıq ölkələri ilə yenidən görüşəcək. //bbc.com/azeri
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !