İran nüvə razılaşmaları ilə bağlı son qərarını açıqladı

19:30 | 08.02.2021
İran nüvə razılaşmaları ilə bağlı son qərarını açıqladı

İran nüvə razılaşmaları ilə bağlı son qərarını açıqladı

İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ Prezidenti Co Baydenin İranla bağlı açıqlamasına öz reaksiyasını bildirib.
 
Xamanei bu barədə öz tviter səhifəsində məlumat verib. Xamenei Tehran rəhbərliyinin yalnız İrana qarşı tətbiq edilən sanksiyalar götürüldükdən sonra öz öhdəliklərini yerinə yetirəcəyini bildirib:

"Biz şərt qoymuşuq və bu şərt geri götürülməyəcək. ABŞ bütün sanksiyaları ləğv etməyincə öhdəliklərimizə qayıtmayacağıq. Sanksiyalar ləğv edilsə, öhdəliklərimizə də əməl edəcəyik”.

Qeyd edək ki, Bayden "CBS" telekanalında İranı uranı zənginləşdirməsini dayandırmağa çağırmışdı.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM