"İranın ABŞ-la nüvə materiallarının Rusiyaya göndərilməsi haqqında heç bir razılığı yoxdur”.
ANN.Az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mərziyə Əfkam çıxış edib. O, Qərb mətbuatının bu məsələ ilə bağlı xəbərlərinin həqiqəti əks etdirmədiyini bildirib. Əfkam bu məsələnin xeyli əvvəl qaldırıldığını və hazırda heç bir razılığın əldə olunmadığını deyib. Qeyd edək ki, keçən ilin dekabrında İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi də Tehranın öz nüvə materiallarını ölkədən kənara göndərməyəcəyini bildirmişdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !