İran oktyabrın 7-nə qədər uçuşları ləğv edib

20:22 | 06.10.2024
İran oktyabrın 7-nə qədər uçuşları ləğv edib

İran oktyabrın 7-nə qədər uçuşları ləğv edib

İran oktyabrın 7-si səhərə qədər bütün hava limanlarından uçuşları ləğv edib.Bu barədə İSNA agentliyi məlumat yayıb.

İranın Mülki Aviasiya Təşkilatının qərarı ilə uçuşlar oktyabrın 6-sı Bakı vaxtı ilə saat 21:30-dan oktyabrın 7-si saat 06:30-a kimi ləğv olunub.
Qərara səbəb əməliyyat məhdudiyyətləridir.

Xatırladaq ki, oktyabrın 1-i İran İsrailə raket zərbələri endirdikdən sonra uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq etmişdi. Oktyabrın 2-də daha bir gün qadağa uzadılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti