Səsvermə zamanı parlament üzvlərindən 161 nəfər sənədin lehinə, 59 - əleyhinə və 13 nəfər bitərəf olub, İRNA agentliyi bildirib.
Parlament beynəlxalq müfəttişlərin İran hərbi obyektlərinə yalnız məhdud rejimdə buraxılacağında təkid edib.
Tehranla BMT Təhlükəsiz Şurasının 5 daimi üzvü və Almaniya arasında nüvə sazişi iyul ayında əldə olunub.
Sənəd İran nüvə fəaliyyətininin həssas istiqamətlərini məhdudlaşdıracağı halda bu ölkəyə qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur.
Tehran ölkənin nüvə proqramının tamamilə dinc səciyyə daşıdığında təkid edir.
Saziş həm ABŞ-da, həm İranda sərt siyasi xətt tərəfdarları tərəfindən tənqidə məruz qalıb, sənədin müzakirəsi hər iki ölkənin parlamentində qızğın diskussiyalarla müşayiət edilib. //bbc.com/azeri
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !