İranın əsas nüvə danışıqçılarından biri bəyan edib ki, İran Məclisinin Tehranın ötən ay dünya gücləri ilə bağladığı sazişə qarşı çıxmaq səlahiyyəti yoxdur.
İranın əsas nüvə danışıqçılarından biri bəyan edib ki, İran Məclisinin Tehranın ötən ay dünya gücləri ilə bağladığı sazişə qarşı çıxmaq səlahiyyəti yoxdur.
Təhlilçilərin fikrincə, belə bir bəyanatın İran Atom Enerjisi Agentliyinin rəhbəri Ali Akbar Salehi-nin ağzından çıxması o deməkdir ki, Tehranın dünyanın altı gücü ilə əldə etdiyi razılaşmaya İran tərəfinin "yaşıl işığı” bəri başdan yandırılıb.
Analitiklərin fikrincə, İranda yeganə və son söz sahibi ali rəhbər Ali Khamenei olduğundan, Salehi belə bir bəyanatı yalnız ayətullahın xeyir-duası ilə verə bilərdi.
Söz sahibi ayətullahdır
Bu bəyanat həm də ona görə əhəmiyyətlidir ki, iyun ayında İranın mühafizəkar çoxluqlu parlamenti Qərblə bağlanacaq hər hansı nüvə sazişinə əvvəlcədən məhdudiyyət qoyan qanun qəbul etmişdi. Bu qanuna görə, məsələn, beynəlxalq nüvə müfəttişləri İranın hərbi obyektlərinə daxil ola bilməzlər.
Halbuki yekun sazişinə görə, İran 24 gün ərzində özünün hərbi obyektləri də daxil "şübhəli məntəqələrinin” təftişinə razılıq verib. Bu, əslində İran üzərindən sanksiyaların qaldırılması üçün Qərbin qoyduğu əsas şərtlərdən biri idi.
"Hökumət hər hansı xarici ölkə ilə bağladığı hər hansı sazişi parlament qarşısına gətirmək məcburiyyətində deyil” – deyib Salehi.
O deyib ki, nüvə sazişi, yəni Hərtərəfli Hərəkət Planı müqavilə və ya konvensiya deyil və onun hər hansı şəkildə parlament müzakirəsinə verilməsi nəzərdə tutulmayıb.
Təhlilçilər bunu da qeyd edirlər ki, ali rəhbər ayətulah Khamenei-dən dəstək görməyən sərt xətti-hərəkət tərəfdarları nüvə sazişi üzərinə mütəşəkkil hücuma keçə bilmirlər.
Rouhani: nə qarşıdurma, nə də təslimçilik
Üstəlik bazar günü televiziya ilə çıxışında prezident Rouhani bildirib ki, "o lap əvvəldən Tehranın nüvə danışıqlarında qələbə qazanacağına” inanırmış.
Hassan Rouhani deyib kİ, bu danışıqlarda "nə qarşıdurma, nə də təslimçiliyə yol vermək olmazdı”.
O əlavə edib ki, İran və altı güc – ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya arasında danışqılar "qarşıdurma əvəzinə konstruktiv mükalimə” baş verdiyi üşün uğurla nəticələnib.
ABŞ İranla ərəblər arasında
Rouhani həmçinin bildirib ki, nüvə sazişinin imzalanması Suriya və Yəmən münaqişələrinin də siyasi yollarla həlinə imkan yaradacq.
İranın ali rəbəri Ali Khamenei isə az əvvəl bəyan etmişdi ki, nüvə sazişinin imzalanması Tehranın Yaxın Şərq siyasətini dəyişdirməyəcək.
Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri Tehranla bağlanmış nüvə sazişıindən narazıdırlar və bildirirlər ki, Tehran Yaxın Şərqdə stabilliyi pozmaq siyasəti yürüdür.
İranla sazişi müdafiə etmək və eyni zamanda ərəb müttəfiqləri itirməmək məqsədilə Vaşinqton barışdırıcı mövqe tutmağa çalışır.
Bazar günü Misirdə səfərdə olan dövlət katibi John Keryy bəyan edib ki, Vaşiqnton və Qahirə "İranın regiondakı sabitsizləşdirmə fəaliyyətindən xəbərdardır”, lakin belə bir şəraitdə nüvə silahına malik olmayan İranla işləmək daha münasib olardı.
Burası da var ki, ABŞ Konqresi İran Məclisindən fərqli olaraq nüvə sazişinin taleyini həll etmək səlahiyyətinə malikdir. Hərçənd bir çox təhlilçilər inanırlar ki, Vaşinqton, prezident vetosunun köməyi ilə də olsa, sazişin icra edilməsinə nail ola bilər. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !