İran parlamenti yeni Nazirlər Kabinetinin tərkibini təsdiq edib

17:40 | 21.08.2024
İran parlamenti  yeni Nazirlər Kabinetinin tərkibini  təsdiq edib

İran parlamenti yeni Nazirlər Kabinetinin tərkibini təsdiq edib

İran parlamenti çərşənbə günü prezident Məsud Pezeşkianın təqdim etdiyi yeni Nazirlər Kabinetinin tərkibini  təsdiq edib. Bu barədə Mehr xəbər agentliyi məumat verib. 

O cümlədən, Abbas Əraqçi 244 səslə İran Xarici İşlər Nazirliyinin rəhbəri olub.
 
İran Mərkəzi Bankının keçmiş rəhbəri Abdolnasser Hemmati iqtisadiyyat naziri təyin edilib.
 
Möhsün Paknejad neft naziri vəzifəsinə təsdiq edilib.
 
Məsud Pezeşkian 1954-cü ildə Qərbi Azərbaycan ostanının Məhabad şəhərində doğulub. "The Guardian" qəzetinə görə, onun ata tərəfdən azərbaycanlı, ana tərəfdən kürd olduğu bildirilir

İran Parlamentinin birinci sədr müavini və İran parlamentinin onuncu dövründə Təbrizi təmsil edən nümayəndələrdən biri idi.

Təbrizdən olan millət vəkili Məsud Pezeşkian 2024-cü ildə prezident seçkisində seçki fəallığını artırmaq məqsədilə prezidentliyə namizədliyini irəli sürüb və qalib gəlib. 
 
Xocalı soyqırımının 27-ci ildönümündə Ermənistan baş naziri Nikol Paşinyanın Tehrana səfəri və "Ararat" klubunda erməni icması ilə görüşü zamanı "Qarabağ Ermənistandır, vəssalam" sözləri yazılmış plakatın qaldırılması əksər azərbaycanlılarla birlikdə bəzi azərbaycanlı millət vəkillərinin, o cümlədən millət vəkili Məsud Pezeşkianın da etirazına səbəb olub. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM