İran parlamentinin daha bir deputatı koronavirusdan ölüb

21:30 | 13.07.2020
İran parlamentinin daha bir deputatı koronavirusdan həyatını itirib. 

ANEWS.az APA-ya istinadən xəbər verir ki, 11-ci çağırış parlament seçkilərində Həmədan əyalətinin Bahar bölgəsindən deputat seçilən İsa Cəfəri koronavirusdan dünyasını dəyişib.  

Məlumata görə, İ.Cəfəri 11-ci çağırış parlamentdə koronavirusdan həyatını itirən 3-cü deputatdır. Bundan öncə iki deputat virusa yoluxaraq həyatını itirmişdi.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM