İran parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

12:46 | 19.02.2024
İran parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

İran parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

İran parlamentinin nümayəndə heyəti bu gün Azərbaycana səfər edəcək. Bu barədə ISNA məlumat yayıb.

İran İslam Şurası Məclisinin (Parlament) nümayəndə heyəti Asiya Parlament Assambleyasının tədbirində iştirak etmək üçün bu gün Azərbaycana səfər edəcək.
 
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əliybəyli hesab edir ki, İran parlamentinin səfəri onların yeni imkanlar və əlaqələr axtarışında olması ilə bağlıdır. 
 
"Asiya Parlamentlərarası Assambleyanın iclasında iştirak etmək üçün gəlirlər. Bu bir az indiki vəziyyətdə qiymətləndirilməli məsələdir. Ümumiyyətlə beynəlxalq təşkilat çərçivəsində səfər kimi baxmaq lazımdır. Amma əslində belə baxılmamalıdır. İran parlamentinin Azərbaycanla münasibətində ciddi dönüşüm nöqtələri axtarmaq lazımdır. Azərbaycana qarşı publik ittihamın irəli sürülməsindən, ərazi siyasəti, ötən ilin bu vaxtlarında İsraildə səfirlik açılmasına qədər bu məsələlərin tirajlanmasında dövlət adına əsas siyasi mövqe sahibi İran parlamenti olub. İndiki mənada Bakı səfərindən biz onun gözləyə bilərik ki, yeni imkanların, əlaqələrin axtarışındadırlar", - ekspert əlavə edib.
 
Aygün Mirakif











www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM