İran prezidenti Avropaya gedir

21:29 | 10.11.2015
İran prezidenti Avropaya gedir

İran prezidenti Avropaya gedir

Hassan Rohani son onildə Avropaya ilk səfər edən İran prezidenti olacaq. Xəbəri noyabrın 9-da  IRNA xəbər agentliyi yayıb.

Bu il iyulun 14-də İran altı superdövlətlə nüvə sazişi imzalayıb. Səfər də belə bir tarixi məqamdan sonraya təsadüf edir.

Rohani-nin səfəri noyabrın 14-də İtaliyadan başlayacaq, daha sonra, noyabrın 16-17-də Fransaya gedəcək.

Rohani İtaliyada Papa Francis-lə görüşəcək. Prezidenti bir neçə nazir müşayiət edəcək.

Bu arada İranda Rohani ilə sərt xətt tərəfdarları arasında gərginlik yaşanır. Sonuncular onun Qərblə münasibətlərin yaxşılaşdırılmasına tərəfdar olmasını tənqid edirlər.  /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM