İran Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul etdi

13:25 | 04.08.2015
İran Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul etdi

İran Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul etdi

Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası Tehranda səfərdədir

Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının üzvləri Tehranda İran Prezidenti Həsən Ruhani ilə görüşüblər. "Report"un İranın ISNA agentliyinə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycanla İran arasında müxtəlif sahələrdəki münasibətlər və əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

Məlumata görə, İranın gələcəkdə Trans-Anadolu Qaz Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə hasil etdiyi təbii qazı Avropa bazarına çıxarması məsələsi də əsas müzakirə mövzularından olub.
Xatırladaq ki, Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası avqustun 3-4-də İranda səfərdədir, Komissiyanın Azərbaycan tərəfindən həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevdir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM