Rəisinin helikopterinin tapıldığı anın görüntüləri yayılıb - Yenilənib

00:59 | 21.05.2024
Rəisinin helikopterinin tapıldığı anın görüntüləri yayılıb - Yenilənib

Rəisinin helikopterinin tapıldığı anın görüntüləri yayılıb - Yenilənib

Xilasedicilərin İran Prezidenti İbrahim Rəisinin qəzaya uğramış helikopterini tapdığı ilk anın görüntüləri yayılıb.
 
Görüntüləri İranın "İSNA” agentliyi paylaşıb.

 
 ***

İranda beş günlük matəm elan olunub. Bu barədə Seyid Əli Xamenei-nin yaydığı bəyanatda deyilir.  
 
Xameyni həmçinin helikopter qəzasında həlak olan prezident İbrahim Rəisinin ailə üzvələrinə başsağlığı da verib. 
 
İbrahim Rəisinin sabah mayın 21-də dəfn olunması planlaşıdırılır. 
 
 
 
12:30
İran xarici işlər nazirinin müavini Əli Baqiri Kani İslam Respublikasının xarici işlər nazirinin səlahiyyətlərini icra edən təyin edilib. Bu barədə İranın rəsmi agentlikləri məlumat verib. 
 
11:36
İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmirabdollahyanın helikopter qəzasında vəfat etməsi birja bazarının bağlanmasına və ölkə daxilində idman tədbirlərinin ləğvinə səbəb olub.

İranın Qiymətli Kağızlar və Birja Təşkilatının icra şurasının üzvü bildirib ki, birja bazarı prezident Rəisi və ətrafının şəhadətindən sonra bağlanıb.

Gənclər və İdman Naziri Kiomars Haşimi də cari həftədə bütün idman oyunlarının və yarışların ləğv edilməsi barədə göstəriş verib.

 
 
 
10:59
İranda helikopter qəzasında həlak olanların adları açıqlanıb. 


1- İRAN PREZİDENTİ :
Ayətullah Seyid İbrahim Rəisi
2- Ayətullah Seyid Məhəmməd Əli Əl-Haşim
3-İRANIN XARİCİ İŞLƏR NAZİRİ:
Dr. Hossein Amirabdollahian
4- Doktor Malik Rəhməti
5- Sərdar Seyid Mehdi Musəvi
6- Ənsar əl-Mehdi Korpusu 
7- Pilot 
8- Pilotun köməkçisi
9- Kruçev

10:56
 
Qızıl Aypara əməkdaşları meyitləri hadisə yerindən çıxarıblar.
 
 
 
09:31
Birinci vitse-prezident Moxber seçkilərə qədər İran prezidentinin səlahiyyətlərini icra edəcək. Bu barədə İranın IRIB kanalı məlumat yayıb. 
 
 
07:37
Qəza nəticəsində İran prezidenti İbrahim Rəisinin helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub. Bu barədə İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd məlumat verib.
 
06:28

İran Prezidenti Rəisinin qəzaya uğramış helikopterinin qalıqları tapılıb.Bunu Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kulivənd İran Dövlət Televiziyasına açıqlamasında deyib.

"Helikopterin qalıqları tapıldı, biz helikopterə doğru irəliləyirik. Hava şəraiti yaxşı deyil",-deyə, o bildirib.

İran mediası artıq qəzaya uğramış helikopterin qalıqlarının ilk fotolarını yayıb.
 
 03:12

Axtarış-xilasetmə işlərinə dəstək məqsədilə Türkiyədən İrana göndərilən "Bayraktar AKINCI” TİHA-Pilotsuz Döyüş Aparatı helikopterin qəza enişi etdiyi ehtimal olunan bölgə üzərində uçuşlar edir.
 
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İran Dövlət Televiziyası helikopterin yerinin müəyyən olunduğu barədə xəbər yayıb. İrandan verilən digər açıqlamaya görə, helikopterdə olan heyət üzvlərindən birinin telefonu ilə əlaqə yaradılıb və xilasedicilər o istiqamətə yönləndiriliblər.
 
İran Qızıl Aypara Cəmiyyətinin sədr müavini Məhəmməd Kobadi isə axtarış-xilasetmə qruplarının qəzanın baş verdiyi ehtimal edilən bölgəyə 3 saatlıq məsafədə olduqlarını bildirib.

 01:22

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin rəhbərlik etdiyi heyəti daşıyan helikopterin qəza enişi etməsi ilə əlaqədar axtarış-xilasetmə əməliyyatına dərhal dəstək göstərməyə hazır olduğunu bildirib.Bu barədə FHN məlumat yayıb.
 
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, lazımi texniki vasitələrlə təchiz olunmuş 40 nəfər peşəkar xilasedicidən ibarət axtarış-xilasetmə qrupunun 2 ədəd helikopterlə hər an axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazır olması dost ölkənin müvafiq dövlət qurumunun diqqətinə çatdırılıb.
 
 01:11

Helikopterin qəza enişi etdiyi ehtimal edilən yerlər üzrə axtarışlar davam edir,lakin hava şəraiti çox ağırdır.Bunu İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri deyib.

O bildirib ki, əvvəl siqnal alındığı deyilən yerlə bağlı məlumat doğru olmayıb. Lakin hazırda helikopterin olduğu təxmin edilən başqa bir yer müəyyənləşib. Xilasetmə qrupları həmin ərazidə axtarış aparır.

Əməliyyat rəhbərinin müavini Məhəmməd Kabadi isə deyib ki, İbrahim Rəisinin helikopterinin sərt eniş etdiyi iddia edilən yerə 3 saatlıq məsafə var.

 01:10

Rusiya İran Prezidentinin axtarışları üçün 2 təyyarə, helikopter və 50 canlı yardım qüvvəsi göndərir.Bu  barədə "Tasnim” xəbər agentliyi məlumat yayıb.

Rusiya prezidentinin xüsusi köməkçisinin İranın birinci vitse-prezidenti ilə söhbətində yardım göndəriləcəyini açıqladığı bildirilir.

Məlumata görə, Vladimir Putinin göstərişinə əsasən, 50 peşəkar dağ xilasedicisi ilə birlikdə bir saat ərzində iki təkmil təyyarə xüsusi helikopterlərlə Təbrizə göndəriləcək.

 23:45

İran prezidenti İbrahim Rəisini Xudafərindən Təbrizə aparan helikopterin sərt enişindən sonra mobil telefonla əlaqə saxlayan şəxs İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi və Təbizin cümə imamı Məhəmməd Əli Ali Haşim olub.Bunu İranın xarici işlər nazirinin müavini Mehdi Səfəri deyib.

Onun sözlərinə görə, Təbrizin cümə imamı iki dəfə əlaqə saxlayıb və vəziyyətinin ağır olduğunu elan edib. O həmçinin uzaqdan təcili yardım maşınının səsini eşitdiyini deyib.

 23:35

İran prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının dəqiq yeri müəyyənləşib. Bunu İranın Şərqi Azərbaycan əyalətindəki İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) komandanı, general Əsgər Abbas Qalizadə bildirib.

"Bir neçə dəqiqə əvvəl hadisə yerində olan ekipaj üzvünün helikopterindən və mobil telefonundan siqnal daxil olub", - Tasnim agentliyi onun sözlərini sitat gətirib.
 
Komandir əlavə edib ki, axtarış-xilasetmə əməliyyatında iştirak edən hər kəs hazırda sərt enişin "ərazisinə gedir” və o, "xalqa xoş xəbər çatdıracağına” ümid edir.

***22:46***

Türkiyə Raisi helikopterinin axtarışına kömək etmək üçün İrana 32 alpinistdən ibarət qrup və 6 xüsusi texnika göndərib. Bu barədə Türkiyə mətbuatı yazıb.
 
***22:27***

Qəzaya uğrayan İran Prezidentinin helikopterində olan iki nəfərlə əlaqə saxlandığı deyilir. Bu barədə İranın Press TV-si İran prezidentinin icraçı köməkçisinə istinadan yazıb.
 
 "Prezident helikopterində olan iki nəfərlə əlaqə saxlanılıb" ,- məlumatda deyilir.
 
21:50

Avropa İttifaq (Aİ) İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib.Bu barədə Aİ-nin böhranların idarə olunması üzrə komissarı Janez Lenarcic X hesabında bildirib.

"İranın yardım tələbi ilə İran Prezidenti və xarici işlər nazirinin olduğu bildirilən helikopter qəzası ilə əlaqədar Aİ-nin "CopernicusEMS" - "Copernicus" peyk görüntü xidmətini aktivləşdiririk", - deyə o paylaşımında qeyd edib.
 
 
***20:42***
İranın fövqəladə hallar xidmətinin sözçüsü IRNA-ya bildirib ki, sərt eniş yerinə göndərilən İranın xilasedici helikopteri qatı duman səbəbindən yerə enə bilməyib və geri qayıtmağa məcbur olub.


Daha sonra İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd bildirib ki, axtarış-xilasetmə qruplarından biri qəza yerinə çatıb.

İRNA-nın məlumatına görə, hazırda 20 xilasetmə qrupu, o cümlədən pilotsuz uçan aparatlar da olduğu ehtimal edilən qəza bölgəsində işləyir.

Tasnim agentliyi qeyd edir ki, xilasetmə əməliyyatları fövqəladə xidmətlərlə yanaşı, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri), SEPAH-ın tərkibində olan Bəsic milislərinin qüvvələri tərəfindən həyata keçirilir. 


İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Rəisinin helikopterinin axtarışı üçün bütün qüvvələrdən istifadə edilməsi barədə göstəriş verib.
İRİB telekanalı xəbər verir ki , qaranlıq və yağış axtarışları çətinləşdirir .
 
Onun sözlərinə görə, axtarış ərazisi yüksək dağlıq ərazidə yerləşir, ora avtomobillə getmək mümkün deyil, xilasedicilər piyada hərəkət etməli olurlar. Vəziyyəti yağışın yaratdığı keçilməzlik çətinləşdirir. Duman, qaranlıq və yağıntı pilotsuz uçan aparatlardan istifadə etməklə axtarışlara mane olur.
 
 
19:51

İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan və digər rəsmi şəxsləri daşıyan helikopterin qəzaya uğraması ilə bağlı xəbər bizi dərindən narahat edir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"dəki paylaşımında deyilir.

"Xilasedicilər hadisə yerinə çatmağa çalışarkən onların təhlükəsizliyi və qorunması üçün dua edirik. Azərbaycan dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır", - paylaşımda deyilir.
 
 ***

Azərbaycan İranın ali nümayəndə heyətinin qəza enişi etməsindən narahatdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev deyib.

"Bu gün İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə dostcasına xudahafizləşdikdən sonra ali nümayəndə heyətini daşıyan helikopterin İranda qəza enişi erməsi barədə xəbər bizi ciddi şəkildə narahat etdi.  Uca Allahdan dualarımız Prezident İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyəti ilədir.  Qonşu, dost və qardaş ölkə olaraq Azərbaycan Respublikası hər cür dəstək göstərməyə hazırdır",- Prezident "X" hesabında yazıb.

 ***

20-dən çox xilasetmə qrupu İran Prezidentini daşıyan helikopteri axtarır.Bu barədə "İRNA” xəbər agentliyi məlumat yayıb.
 
Ərazinin relyefi və əlverişsiz hava şəraiti, xüsusən də qatı duman səbəbindən axtarış-xilasetmə əməliyyatlarının müəyyən vaxt aparacağı bildirilir.

Şərqi Azərbaycan vilayətinin başçısı bildirib ki, prezidentin və helikopterdəki digər şəxslərin səhhəti barədə heç nə məlum deyil.

Axtarış əməliyyatının görüntülərini yerli telekanallardan biri yayıb.

Həmin görüntüləri təqdim edirik:


 ***

İran Prezidentini daşıyan helikopterin dəqiq yeri müəyyən edilib, xilasetmə işləri davam edir.Bu barədə Mehr Agentliyi məlumat yayıb.
 
Məlumata görə, Prezident və heyəti daşıyan helikopterin qəza yeri Qaradağ meşələrində yerləşən Uzi kəndi ətrafında olub və qəza yerinə xilasetmə qrupları göndərilib.

Qəzanın baş verdiyi ərazidə xilasetmə qüvvələrini çətinliklə üzləşdirib.
 
 ***
 
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib.Bu barədə IRNA məlumat yayıb.
 
Bu helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub.
 
Xilasedicilər hadisə yerinə yola düşüb. Ölkə liderinin vəziyyəti barədə məlumat verilməyib.
 
İnsident İranın Şərqi Azərbaycan vilayətindəki Varziqan şəhərində baş verib.
 
 16:52

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb.Bu barədə "Tasnim” məlumat yayıb.

Qəza İranın Şərqi Azərbaycan vilayətində baş verib.Dövlət başçısının kolonunda ümumilikdə üç helikopter olub: onlardan ikisi təyinat nöqtəsinə çata bilib.

Vurğulanıb ki, "prezident helikopterində olanlardan bəziləri mərkəzlə əlaqə saxlamağa müvəffəq olub və beləliklə, bu hadisənin itkisiz yekunlaşacağına ümid artıb”.

Məlumata görə, sözügedən hava gəmisinin göyərtəsində ölkənin xarici işlər naziri Hüseyn Əmir-Abdullahian da olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM