İran prezidenti Həsən Ruhaninin fransalı həmkarı Fransua Ollandla nahar yeməyi iki dövlət başçısı arasındakı fikir ayrılığına görə baş tutmaya bilər. Modern.az xarici mediaya istinadən bildirir ki, İran tərəfi İslam dinində içki içmək qadağan edildiyindən stolun üstündə Fransa çaxırı təklif olunduğundan təntənəli nahardan imtina edib.
Yelisey sarayında bu informasiyanı şərh etməkdən yayınıblar, ancaq bəzi məmurlar nahar zamanı Suriyadakı müharibə və İranın nüvə problemi ilə bağlı vacib məsələlərə toxunulması nəzərdə tutulduğundan narahatlıqlarını gizlətməyiblər. Məlumatda qeyd edilir ki, protokol fikir ayrılığına görə İran və Fransa prezidentləri danışıqların çətinləşməsi ilk dəfə deyil.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !