İran Prezidenti: İranın iradəsi olmadan bölgədə sülh davamlı olmayacaq

17:04 | 10.03.2014
İran Prezidenti: İranın iradəsi olmadan bölgədə sülh davamlı olmayacaq

İran Prezidenti: İranın iradəsi olmadan bölgədə sülh davamlı olmayacaq

"İranın iştirakı və iradəsi olmadan bölgədə sülh və sabitlik bərqərar olmayacaq. Bu, şəhidlərimiz və veteranlarımızın şanlı uğurudur". Bu sözləri İran Prezidenti Həsən Ruhani bu gün Tehranda Şəhidlər Günü ilə əlaqədar şəhid ailələri ilə görüşündə deyib. Trend xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.

H.Ruhani İranı bu gün regionun ən güclü ölkəsi adlandırıb: "Bir zamanlar düşmən düşünürdü ki, İran zəif ölkədir və hücum etməklə onu məhv edə biləcək, lakin bu gün hər kəs başa düşür ki, İran bölgənin ən güclü ölkəsidir".

Ruhani şəhid ailələrinə İranın bu gün zirvədə olması üçün övladlarını qurban verdiklərinə görə təşəkkürünü bildirib və dövlətin onlar qarşısında həmişə borclu olduğunu deyib.

İran və 5+1 ölkələri arasındakı nüvə danışıqlarında dövlətin son aylarda əldə etdiyi nailiyyətlərdən danışan Prezident bildirib ki, bu sahədə gələn il də bəzi işlər görüləcək.

Qeyd edək ki, İranda hər il hicri şəmsi təqvimi ilə isfənd ayının 22-si (martın 13-ü) Şəhidlər Günü qeyd olunur.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM