"Onlar peşman olacaqlar”.
Neftin qiymətinin ucuzlaşmasını planlaşdıran ölkələr öz qərarlarına görə peşman olacaq, İran kimi, mənfi nəticələrdən əziyyət çəkəcəklər.
Oxu.Az RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani bildirib.
"Digər ölkələrə qarşı neftin qiymətini azaltmağı planlaşdıranlar bu qərarlarından peşman olacaqlar. Əgər İran neftin qiymətinin azalmasından əziyyət çəkirsə, o zaman bilin ki, Səudiyyə Ərəbistanı, Küveyt kimi neft hasil edən ölkələr İrandan daha çox zərər çəkəcəklər”, - deyə, Ruhani bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !