İran prezidenti Putinlə görüşünü səbirsizliklə gözlədiyini deyir

09:20 | 18.09.2024
İran prezidenti Putinlə görüşünü səbirsizliklə gözlədiyini deyir

İran prezidenti Putinlə görüşünü səbirsizliklə gözlədiyini deyir

İran prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə görüşməyi səbirsizliklə gözlədiyini açıqlayıb. Bu barədə Pezeşkian  Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə bildirib. 
 
Pezeşkian Rusiya-İran münasibətlərinin davamlı inkişaf edəcəyini də söyləyib. 
 
 
O bildirib ki, iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi Qərb ölkələrinin Tehran və Moskvaya tətbiq etdiyi sanksiyaların təzyiqini azaltmağa kömək edəcək.
 
Sentyabrın 17-də Rusiya Təhlükəsizlik Şurasının rəhbəri İrana gözlənilməz səfərə gedib. Orada o, Putinin mesajını İran prezidentinə çatdırıb.

Sentyabrın 13-də Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki , Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM