ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ölkənin paytaxtı Tehranda xalq saat 08.00-dan başlayaraq Azadlıq meydanına yürüməyə başlayıb. meydana gedən yollar avtomobillərə qapadılıb. Polis əməkdaşları təhlükəsizlik tədbirlərini gücləndirib və yürüşə qatılan hər kəsin üstü yoxlanılıb.
Yerli saatla saat 09.30-da dövlət rəhbərliyinin çıxışları başlayıb və sonda prezident Həsən Ruhani nitq söyləyib. O, inqilabın üç ana şüarının - müstəqillik, azadlıq və islam respublikası olduğunu deyib.
Çıxışını davam etdirən Ruhani əlavə edib ki, beynəlxalq qanunlar çərçivəsində sülhə xidmət edən nüvə fəliyyəti şəffaflığı mövzusunda razılığa gəlməyə hazırıq: "Buna qarşılıq olaraq insanlıqdan uzaq və qanundankənar sanksiyaların götürülməsi mümkün ola bilər. Bu vəziyyət hər iki tərəf üçün faydalı ola bilər".
1979-cu il fevralın 1-də Rza Şah İrandan qaçmış və Fransada mühacirətdə olan Ayətullah Xomeyni ölkəsinə geri dönmüşdü. Onu qarşılamaq üçün 10 milyon adam küçələrə tökülüşərək, həmin il fevralın 11-də böyük mübarizə zəfərlə nəticələnmiş, İranda İslam Respublikasının qurulması elan olunmuşdu.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !