İran prezidenti Həsən Ruhani Rza Zərrabdan danışıb. ANS PRESS-in Hürriyyətə istinadən verdiyi məlumata görə, türk jurnalist Davosda səfərdə olan İran prezidentinə bir neçə sual ünvanlayıb:Ruhaniyə "Türkiyədə 4 nazirin adının qarışdığı rüşvət məsələləri var. Bu korrupsiya əməliyyatına İran əsilli Rza Zərrab və İran vətəndaşı Babək Zəncaninin adları da düşüb. Bu məsələni izləyirsinizmi? İranda da bu faktla bağlı hər hansı bir yoxlama aparılırmı?" sualı verilib. "Bu məsələ Türkiyənin daxili məsələsidir. Hadisə türk ədalətinin məsələsidir. Bəli izəyirik, ancaq bu məsələdə bizi maraqlandıran bir məqam xüsus yoxdur”, - deyə Həsən Ruhani deyib. Xatırladaq ki, iş adamı Rza Zərrab Türkiyədəki korrupsiya əməliyyatı çərçivəsində həbs olunub. İş adamının nazirlərə rüşvət verməkdə və bir sıra qanunsuz işlərdə ittiham olunur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !