"Xalqımız amerikalılara hörmət edir. İran xalqı heç bir dövlətlə müharibə etmək istəmir. Bununla belə, ABŞ siyasəti İran xalqının milli maraqlarına qarşı yönəlib. Təbii olaraq bu məsələyə xalqımız həssaslıqla yanaşır".
"Report" xəbər verir ki,bunu İran prezidenti Həsən Ruhani Tehranda ABŞ-ın "CBS News" telekanalına müasibəsində bildirib.
Bu, Tehranın atom proqramı üzrə "altılıq" ölkələri ilə İslam Respublikası arasında razılaşma imzalandıqdan sonra İran prezidentinin qərb ölkələrindən olan KİV-ə verdiyi ilk müsahibədir.
Xaırladaq ki, İran hakimiyyətinin təmsilçiləri "Amerikaya ölüm!" şüarını hər cümə namazında və müxtəlif toplantılarda söyləyirlər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !