İran Qafqaz regionunda geosiyasi dəyişikliklərin əleyhinədir - Müctəba Dəmirçilu

11:21 | 03.09.2024
İran Qafqaz regionunda geosiyasi dəyişikliklərin əleyhinədir -  Müctəba Dəmirçilu

İran Qafqaz regionunda geosiyasi dəyişikliklərin əleyhinədir - Müctəba Dəmirçilu

İranın xarici işlər nazirinin köməkçisi və Avrasiya məsələləri üzrə baş direktor Müctəba Dəmirçilu Rusiyanın Tehrandakı səfiri Aleksey Dedovla görüşündə bütün region ölkələrinin maraqlarına diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Bu barədə IRNA məlumat yayıb.


İki diplomat Qafqazda baş verən cari hadisələrlə bağlı fikir mübadiləsi aparıb, onların fikrincə, sabit sülhün və regional əməkdaşlığın təminatçısı olan ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə və qarşılıqlı maraqlarına hörmət olduğunu qeyd ediblər. 


Dəmirçilu və Dedov bütün tərəflərin maraqlarını nəzərə almaqla, problemlərin həlli və regionda sülhün və sabitliyin möhkəmlənməsinə töhfə vermək üçün region ölkələrinin potensialından istifadə edilməsinin vacibliyini də vurğulayıblar.
 
Tərəflər həmçinin üç Cənubi Qafqaz ölkəsinin - Ermənistan, Gürcüstan və Azərbaycanın, habelə Rusiya, Türkiyə və İranın iştirak etdiyi "3+3" məşvərətçi formatının qarşıdan gələn sessiyasını müzakirə ediblər. 
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür