İran Qarabağa yük daşıyır - VİDEO

16:30 | 11.09.2021
İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə sentyabrın 10-da qanunsuz daxil olması barədə eksklüziv videogörüntülər əldə edilib, bu barədə caliber.az saytı məlumat verir. 

 

Bu İran maşınlarının Qarabağda göründüyü ilk hal deyil . Belə ki, Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan  2021-ci ilin avqustunda  Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. 11 iyul - 8 avqust arası İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 70 dəfə laçın dəhlizini keçib və ona nota verilib və İran tərəfinin Azərbaycanla bağlı atdığı qanunsuz addımından ciddi narahatlıq keçirildiyi bildirilib. 
 
Saytın əldə etdiyi  məlumata görə, iranlılar və ermənilər müxtəlif hiylələrə də əl atır. Məsələn, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına yaxınlaşanda, Xankəndinə gedən İran yük maşınlarının dəqiq sayını gizlətmək üçün onlara erməni qeydiyyat nömrələri vurulur. Ancaq nömrələrin təkrarlanması və yük maşınlarına dəfələrlə vurulması diqqətdən qaçmayıb.

İran vətəndaşları avqustda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında - Qarabağda fəal şəkildə işlərə cəlb olunublar.

İran tərəfinin Azərbaycana hansı cavabı verəcəyi maraqlıdır.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM