İran "Kader"i sınadı

12:05 | 22.12.2013
İran "Kader"i sınadı

İran "Kader"i sınadı

İran hərbi hava qüvvələri gəmelər əleyhinə olan 200 km təsir radiuslu "Kader" raketinin uğurlu sınağını keçirib. Sınaq ölkənin cənubundakı təlimlər zamanı yoxlanılıb. "Fars" agentliyinin məlumatına görə, təlimlər cümə günü başlayıb. 

General Hüseyn Çiftforuş təlimlərin əsas hissəsninin "Kader" və "Hasr" qanadlı raketinin sınaqdan çıxarılması olduğunu deyib. 

"Kader" raketləri ilk dəfə 2011-ci ilin sentyabr ayında nümayiş edilmişdi. Onlar testdən keçirilmişdi. Dünən isə həqiqi hərbi əməliyyatlar şəraitinə yaxın şəraitdə testdən keçirilib. Raketlər açıq dənizdəki hədəfləri vura bilir. 

Hava-dəniz modifikasiyasındna əlavə bu raketin yer-dəniz, yer-yer tipi də var.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM