Xanım Ebtekar qeyd edib ki, İran özünü müdafiə etmək hüququna malik olsa da regionda dominantlıq etmək niyyəti yoxdur.
"İran qonşu dövlətlərin etimadını qaytarmaq və ekstremist qruplara qarşı əməkdaşlıq etməyə ümid edir", vitse-prezident əlavə edib.
İran Yaxın Şərqdə iğtişaşlar törətməkdə ittiham olunub.
Ölkənin Suriya prezidenti Bashar al-Assad və Hizbullah qruplaşmasını pul və silahla təmin etdiyi və Yəmən qiyamçı hərəkatı olan Zaidi Shia Houthini dəstəklədiyi iddia olunur.
Amma İran ötən il özünü İslam Dövləti adlandıran qruplaşmaya qarşı mübarizədə şiə silahlı dəstələrini səfrəbər etmək və İraq hərbçilərinə kömək üçün müşavirlər göndərməklə böyük rol oynayıb.
Xanım Ebtekar bildirib ki, İranın nüvə fəaliyyətini məhdudlaşdırmağa razı olduğunu göstərən nüvə sazişini imzalaması bütün dünya üçün "irəliyə doğru addımdır".
"Bu, ticarət və mədəni mübadilənin müxtəlif aspektləri baxımından dünya ilə işləyən yeni era deməkdir. Bu, o deməkdir ki, İran dünyanın bu hissəsində daha görkəmli oyunçu olmaq niyyətindədir", o, qeyd edib.
Vitse-prezident İsraili nəzərdə tutaraq İranın "sionist rejimin siyasətinə görə təhlükə altında qalanları" dəstəkləməyə davam edəcəyini və bir çox ABŞ hərbi bazaları olan bölgədə özünü müdafiəyə ehtiyacı olduğunu da bildirib.
O, deyib ki, İran, həmçinin "sülhün və sabitliyin möhkəmlənməsinə" öz nüfuzundan istifadə etmək istəyir. //bbc.com/azeri
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !