Anews.az Trend-ə istinadla xəbər verir ki, koronavirusa yoluxmaqda şübhəli bilinənlərin sayı 900 nəfərə çatıb.
Hərirçi əlavə edib ki, bu virus nəticəsində indiyədək 12 nəfər ölüb.
Nazir müavini bildirib ki, Qum şəhərində vəziyyət stabilləşib. Qumda koronavirusla əlaqədar iki xəstəxana fəaliyyət göstərir.
Hərirçi deyib ki, yeni koronavirus iranlı iş adamı vasitəsi ilə İrana gəlib. Belə ki, İran və Çin arasında uçuşlar dayandırıldığı vaxtda həmin şəxs başqa bir ölkə vasitəsi ilə Çinə gedib. Həmin iş adamı virus nəticəsində dünyasını dəyişib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !