İran rəsmən İŞİD-lə mübarizə prosesinə qoşulur - İDDİA

17:49 | 19.08.2015
İran rəsmən İŞİD-lə mübarizə prosesinə qoşulur - İDDİA

İran rəsmən İŞİD-lə mübarizə prosesinə qoşulur - İDDİA

İranın İŞİD-ə qarşı yaradılan koalisiyaya qatılmağı düşündüyü və iranlı diplomatların sünni ölkələrdə lobbi fəaliyyəti yürüdərək İraqda terror təşkilatına qarşı sürdürdüyü mübarizəni Suriyada da davam etdirmək iddiası ortaya atılıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bu iddia ilə "İndependent" qəzeti çıxış edib. Məqalənin sərlövhəsi belədir: "İran İŞİD-i məğlubiyyətə uğrada bilər". Yazı müəllifi iranlı bir diplomata istinad edərək İraq və Suriya arasında artıq heç bir sərhəd qalmadığını, İŞİD-in mərkəzinin Suriyada olduğu üçün əməliyyatların sadəcə İraqla sərhədlənmədiyini yazıb.

İranın şiə əsgərlərinini hazırda İraqda İŞİD-ə qarşı savaşdığını və hava əməliyyatları həyata keçirən ABŞ-ın iranlı əsgərləri də dəstəklədiyini yazan "İndependent" İranın bu münasibətə rəsmi qiymət vermək istədiyini vurğulayıb.

Qəzet eyni zamanda qərblə nüvə proqramı razılığına gələn İranda artıq xarici siyasətində yeni səhifənin açıldığını, bölgədəki sünni dövlətlərlə yeni əlaqələr yaratmaqda maraqlı olduğunu bildirib.

İran xarici işlər naziri Cavad Zərif Moskvada olduğu rəsmi səfər zamanı İranın İŞİD-lə mübarizə prosesinə rəsmən qatılmasınını zamanı gəldiyini demişdi. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM