İran sanksiyaların ləğvi ilə bağlı ABŞ-la danışıqlara hazır olduğunu bəyan edib

14:21 | 21.01.2025
İran sanksiyaların ləğvi ilə bağlı ABŞ-la danışıqlara hazır olduğunu bəyan edib

İran sanksiyaların ləğvi ilə bağlı ABŞ-la danışıqlara hazır olduğunu bəyan edib

ABŞ-ın yeni prezidenti Donald Trampın istəyi olacağı təqdirdə İran sanksiyaların ləğvi ilə bağlı danışıqlar apara bilər. Bunu SNN telekanalında İslam Respublikası Xarici İşlər Nazirinin müavini Kazem Qaribabadi deyib. 

"İran əvvəlki kimi sanksiyaların ləğvi ilə bağlı danışıqlara başlamağa və ya davam etdirməyə hazırdır. Əgər qarşı tərəf belə bir istək ifadə edərsə, o zaman danışıqlar mütləq baş tutacaq”, - o, mümkünlüyü ilə bağlı sualı cavablandırıb. 

2024-cü ilin sentyabrında İran BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sammiti çərçivəsində Böyük Britaniya, Almaniya və Fransa ilə İranın nüvə proqramı ilə bağlı danışıqları bərpa edib. Bu günə kimi məsləhətləşmələrin üç raundu keçirilib, sonuncusu bu il yanvarın 13-də Cenevrədə baş tutub.

2015-ci ildə Tehranın nüvə proqramının inkişaf tempinin azaldılması müqabilində BMT Təhlükəsizlik Şurasının sanksiyaları da daxil olmaqla, ən sərt məhdudiyyətlərinin aradan qaldırılmasını nəzərdə tutan İran nüvə sazişi bağlanıb.
 
2018-ci ildə ABŞ-ın o zamankı prezidenti Donald Tramp öz qərarını məhdudiyyətlərin aradan qaldırılmasının İslam Respublikasına hərbi potensialını artırmağa və nüvə silahı yaratmağa imkan verəcəyi ilə izah edərək, sazişdən çıxıb.
 
ABŞ-ın sazişdən çıxması Qərbin İrana qarşı sanksiyalarının (BMT sanksiyalarının yox) bərpasına gətirib çıxarıb. Sazişin tərəfləri olan Rusiya və Çin ABŞ-ın qərarına qarşı çıxıblar.
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM