• $
  • €
  • ₽
  • ₺
  • £

İran səfiri Ermənistana gizli silah satılması ilə bağlı müqavilənin olduğunu inkar edib

İran səfiri Ermənistana gizli silah satılması ilə bağlı müqavilənin olduğunu inkar edib
26.07.2024 12:52
İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani Ermənistanla İran arasında 500 milyon dollar dəyərində gizli silah müqaviləsi bağlanması ilə bağlı məlumatları təkzib edib.

"İran İnternational” Ermənistanın İranla 500 milyon dollarlıq silah almaq üçün müqavilə imzaladığını yazmışdı. Nəşrin yazdığına görə, Ermənistan müəyyən edilmiş məbləğdə bəzi növ pilotsuz uçuş aparatları və zenit-raket kompleksləri almalıdır.

Bundan əvvəl Ermənistan Respublikasının Müdafiə Nazirliyi İrandan silah alınmasına dair müqavilənin imzalanmasının dərc olunmasına cavab verib və xəbəri təkzib edib.

İranın "Mehr” agentliyi ilə söhbətində Sobhani həmin nəşrləri "İranın region ölkələri ilə dostluq münasibətlərinə xələl gətirmək cəhdi” adlandırıb.

Onun sözlərinə görə, bu cür mesajlar İranla bağlı saxta xəbərlərin və qərəzli təhlillərin mənbəyinə çevrilmiş etibarsız media tərəfindən yayılır.

Sobhani həmçinin qeyd edib ki, İran Qafqaz regionunda sülh və sabitliyin bərqərar olması, eləcə də iqtisadi əlaqələrin inkişafına tərəfdardır.
 
Gülnar

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nyu-Yorkda bina çöküb - Ölənlər var
Dünya 09:59
Nyu-Yorkda bina çöküb - Ölənlər var
ABŞ İranın Xəzər dənizi vasitəsilə hərbi daşımalarının qarşısını alır
Dünya 04:29
ABŞ İranın Xəzər dənizi vasitəsilə hərbi daşımalarının qarşısını alır
İtaliyada 6 300 məktəbə bomba xəbərdarlığı göndərilib
Dünya 23:46
İtaliyada 6 300 məktəbə bomba xəbərdarlığı göndərilib
İran Omanın sahillərində gəmi naviqasiya sistemlərinə hücum edib
Dünya 23:39
İran Omanın sahillərində gəmi naviqasiya sistemlərinə hücum edib
Viktor Orbanın qardaşı həbs edilib
Dünya 23:14
Viktor Orbanın qardaşı həbs edilib
Ermənistan Prezidenti TRIPP layihəsi üzrə qanunu imzalayıb
Dünya 22:27
Ermənistan Prezidenti TRIPP layihəsi üzrə qanunu imzalayıb
Zelenski Dublinə gedib
Dünya 22:09
Zelenski Dublinə gedib
Rusiyanın ABŞ-dəki səfiri ölüb
Dünya 21:59
Rusiyanın ABŞ-dəki səfiri ölüb
Ərdoğan və Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə ediblər
Dünya 21:06
Ərdoğan və Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol