İran səfiri sərhəddəki gərginlikdən danışdı

14:49 | 18.11.2013
İran səfiri sərhəddəki gərginlikdən danışdı

İran səfiri sərhəddəki gərginlikdən danışdı

“Ağırlığı 30 tondan arıtq olan yük maşınlarının İrana keçməsi ilə bağlı məhdudiyyət yalnız Culfa sərhəd-keçid məntəqəsində tətbiq olunur”.

Bu açıqlamanı SİA-ya İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pak Ayın verib.

Səfir bu məhdudiyyəti Culfa sərhəd-keçid məntəqəsindəki körpünün köhnə olması ilə əlaqələndirib: “Culfa sərhəd-keçid məntəqəsində iki körpü mövcuddur. Bunlardan biri yeni, digəri isə köhnə körpüdür. Hazırda istifadə olunan körpü köhnədir və dağılmaq üzrədir. Bu körpünün istifadəyə yararlılığını saxlamaq üçün biz belə bir qərar qəbul etmişik ki, ağırlığı 30 tondan artıq olan yük maşınlarını buraxmayaq”.

Diplomat bildirib ki, bununla belə İran-Azərbaycan sərhəddində yeni körpünün istifadəyə verilməsi və köhnə körpünün istifadədən çıxarılması ilə əlaqədar müzakirələr davam etdirilir.

Möhsün Pak Ayın deyib ki, başqa sərhəd keçid-məntəqələrində ağırlığı 30 tondan artıq olan yük maşınlarının gediş-gəlişi üçün heç bir məhdudiyyət yoxdur.

Səfir ümid edirik ki, iki ölkə arasında sərhədlər barədə yeni anlaşma imzalanacaq və bundan sonra sərhədlərinin bağlanması müşahidə edilməyəcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb