İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin “Qarabağ atları üzərində çövkən” oyununun Azərbaycanın təşəbbüsü ilə UNESCO-nun təcili qorunmağa ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinə münasibət bildirib.Səfir APA-ya bildirib ki, bu ənənəvi oyunun UNESCO tərəfindən qorunacağına ümidvardır. O, oyunun Azərbaycanda inkişaf edəcəyinə də ümid etdiyini vurğulayıb. Qeyd edək ki, “Qarabağ atları üzərində çövkən” oyunu ötən həftə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin Bakıda keçirilən 8-ci sessiyası zamanı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb. Bundan əvvəl isə İran Azərbaycandan UNESCO-ya şikayət etmək niyyətində olub. İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədr müavini Mehdi Höccət bildirib ki, İranın Azərbaycanın çövkən idman növünü öz adına qeydiyyata aldırmaq istəyinə etiraz olaraq UNESCO-ya məktub ünvanlayacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !