İranla sərhəddə yenə problem yaranıb.
Anews.az BakuPost.az-a istinadən xəbər verir ki, bu dəqiqələrdə Astara Sərhəd Keçid Məntəqəsində izdiham yaşanır. İnsanlar keçid məntəqəsində növbə gözləyir.
İrana keçmək istəyən vətəndaşlar deyib ki, səhər saatlarından növbədə dayansalar da, hələ də sərhədi keçə bilməyiblər: "İrana və İraqa zəvvar axını olduğundan, keçid məntəqəsində adam çoxdur. Lakin Azərbaycan tərəfində sərhəd xidmətinin yalnız 2 əməkdaşı işləyir. 2 nəfər isə bu qədər insanı tez-tez yola sala bilməz. Ona görə də saatlardır, burada gözləyirik. Hava istidir, lambrindən olan yerlə gedirik. Havasızlıqdan boğuluruq, yorğunluq da bir tərəfdən. Aramızda qoca var, xəstə var, uşaqlı var. Belə əziyyət olmaz axı. Bir azdan da nahar fasiləsi olacaq.1 saat da əlavə gözləməli olacağıq. Sərhəd xidməti əməkdaş sayını artırmasa, insanları tez-tez yola salmasalar, biz bu izdihamla gecə yarısına kimi sərhədi güclə keçərik”.
Keçid məntəqəsində yaşanan izdihamın fotolarını təqdim edirik:
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !