İran hökumətinin Səudiyyə Ərəbistanının bu ölkədəki müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağıraraq nota verdiyi bildirilir.
Avropa.info xəbər verir ki, İran Yəmənin paytaxtı Sanadakı səfirliyinin yaxınlığına raket düşməsi ilə bağlı Səudiyyə Ərəbistanına nota verib.
İran xarici işlər nazirinin müavinin Hüseyn Əmin Abdullahiyan Yəməndə İranın diplomatik missiyasına zərər verəcək hər hansı bir hadisədən Səusiyyə Ərəbistanının cavabdehlik daşıdığını bildirib.
İranın xarici işlər nazirliyinin rəsmisi Mərziyə Əfham isə İranın Səudiyyə Ərəbistanında məsələylə bağlı açıqlama gözlədiyini açıqlayıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !