"Qeyri-rəsmi əlaqələrin bərpası İran və ABŞ arasında birgə ticarət palatalarının yaradılmasına yol aça bilər”, deyə Qulamrza Şəfeyi "Mehr” agentliyinə bildirib.
Nazir həmçinin bildirib ki, ABŞ-la birgə ticarət palatalarının yaradılması ideyası İranda 10 ay müddətində müzakirə olunub.
"Hökumətlə lazımi məsləhətləşmələr aparılıb, bizə tövsiyə edilib ki, əlaqələr ilk öncə İran və ABŞ-ın özəl sektorları arasında bərpa olunmalıdır. Tədricən birgə palataların və treyderlər arasında formal əlaqələrin yaradılması üçün bu əlaqələr möhkəmləndirilməlidir”, deyə Şəfeyi bildirib.
Onun sözlərinə görə, amerikalı sahibkarlar öz təşəbbüsləri ilə artıq İran-ABŞ sənaye-ticarət palatası yaradıblar, lakin o rəsmi qeydiyyatdan keçməyib. Şəfeyinin sözlərinə görə, amerikalı sahibkarlar İranla ticarət əlaqələrinin qurulmasına böyük maraq göstərirlər, lakin bu məsələ ilə bağlı hələlik heç bir rəsmi sorğu göndərilməyib”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !