İran SOCAR-a müştərək tədqiqatlar aparmaq təklifi etdi

18:06 | 02.08.2016
İran SOCAR-a müştərək tədqiqatlar aparmaq təklifi etdi

İran SOCAR-a müştərək tədqiqatlar aparmaq təklifi etdi

"SOCAR hazırda İranın qaz yataqlarında müştərək tədqiqatların aparılması ilə bağlı təklifimizi araşdırır". Bunu APA-nın İran bürosuna açıqlamasında İranın neft şirkətinin baş direktoru Əli Kardər deyib.
 
"İran bir müddət öncə qaz yataqlarının müştərək tədqiqatları üzrə birgə əməkdaşlıq layihəsini SOCAR-a təqdim edib və azərbaycanlı tərəfdaşlarımız bu məsələni araşdırır. Mövcud şərait Azərbaycanla İran arasında neft sahəsində əməkdaşlıq perspektivinin yaxşı olacağına ümid etməyə zəmin yaradıb", - deyə baş direktor qeyd edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb