İran Suriyada SEPAH generalının öldüyünü təsdiqləyib

22:16 | 01.04.2024
İran Suriyada SEPAH generalının öldüyünü təsdiqləyib

İran Suriyada SEPAH generalının öldüyünü təsdiqləyib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) general Məhəmməd Rza Zahidinin İranın Dəməşqdəki səfirliyinə endirilən zərbə nəticəsində öldürüldüyünü təsdiqləyib.Bu barədə SEPAH-a məxsus "Fars News" agentliyi məlumat yayıb.
 
İlkin məlumatlara görə, zərbələr nəticəsində 5-7 nəfər həlak olub. İranın Suriyadakı səfiri Hüseyn Əkbəri bildirib ki, ölənlər arasında başqa SEPAH üzvləri də var.
 
BMT Baş katibinin ofisi zərbədən "narahat olduğunu" bildirib. İran dövlət mediası hücuma görə İsraili günahlandırıb.
  
İranın Dəməşqdəki səfiri Hüseyn Əkbəri dövlət televiziyasında bildirib ki, zərbə İsrail Hərbi Hava Qüvvələri tərəfindən F-35 qırıcılarından istifadə edilərək həyata keçirilib.
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM