İran Suriyaya uçuşları dayandırıb

16:56 | 24.12.2024
İran Suriyaya uçuşları dayandırıb

İran Suriyaya uçuşları dayandırıb

İki ölkə arasında hava nəqliyyatı Dəməşqdə yeni hakimiyyət orqanları ilə razılaşdırılmadığı üçün İran şirkətləri yanvarın 22-dək Suriyaya bütün uçuşları ləğv edib. Bu barədə İslam Respublikasının Mülki Aviasiya Təşkilatının rəhbəri Hüseyn Pourfarzaneh məlumat verib.

"Hazırda yanvarın 22-dək Suriyaya uçuşlar qadağandır, lakin Livanla bağlı heç bir məhdudiyyət yoxdur ", - ISNA agentliyi Pourfarzanehdən sitat gətirib.
 
Eyni vəziyyət Misirdə də var.

"İki ölkənin hakimiyyət orqanları ortaq bir nəticəyə gəlməlidir ki, biz İrandan Misirə və əks istiqamətdə uçuşlar həyata keçirə bilək ”, - o bildirib. 
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM