İran teraktı törədən 22 nəfəri həbs etdi

12:32 | 25.09.2018
İran teraktı törədən 22 nəfəri həbs etdi

İran teraktı törədən 22 nəfəri həbs etdi

Əhvaz şəhərində keçirilən hərbi parada hücumda rolu olan 22 nəfər həbs edilib.

Axar.az xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi (ETTELAAT) məlumat yayıb. Həbs edilənlərin separatçı təkfirçilər olduğu bildirilib.

"Hücumda əli olan 22 nəfər həbs edilib. Həmin şəxslərin evlərində axtarış aparılarkən bir sıra partlayıcı maddələr, silah-sursat və digər hərbi avadanlıqlar aşkarlanaraq götürülüb. Həbs edilənlər mürtəce ərəb ölkələri tərəfindən dəstəklənən separatçı təkfirçilərdir. Faktla bağlı araşdırma aparılır”.

ETTELAAT-ın yaydığı bəyanatda həbs edilən şəxslərin adları açıqlanmayıb.

Xatırladaq ki, sentyabrın 22-də İran-İraq müharibəsinin 38-ci ildönümü münasibətilə Əhvaz şəhərində keçirilən hərbi parada silahlı hücum olub. Silahlı hücum nəticəsində azı 29 nəfər həlak olub, 60-a yaxın insan yaralanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM