İran tərəfindən sərhədi pozan iki nəfər saxlanılıb

14:50 | 31.03.2023
İran tərəfindən sərhədi pozan iki nəfər saxlanılıb

İran tərəfindən sərhədi pozan iki nəfər saxlanılıb

Dövlət Sərhəd Xidməti martın 31-i gecə saatlarında Yardımlı rayonunun Aruz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan dövlət sərhədinin pozulduğu barədə məlumat yayıb.

Dövlət sərhədini pozaraq qanunsuz yolla İrandan Azərbaycana keçməyə cəhd göstərən 2 (iki) nəfər saxlanılıb.

Bunlardan birinin İran vətəndaşı Cavad Rəcəbi, digərinin isə Əfqanıstan vətəndaşı Elmiddin Əhmədşah Nurullah oğlu olduqları müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM