"Biz İslam Əməkdaşlıq Təşkilatı səviyyəsində silah embarqosunun tətbiqi məsələsini müzakirəyə çıxarmışıq", - o bildirib.
İran ümid edir ki, mümkün qədər çox ölkə bu kampaniyaya qoşulacaq və beləliklə, İsrail "qəzzə və Livanda soyqırımı davam etdirmək üçün ona ötürülən silahlardan istifadə edə bilməz”.
Bundan əvvəl Türkiyə prezidenti Ərdoğan bildirib ki, İsrail zorakılığı ona qarşı silah embarqosu tətbiq etməklə dayandırıla bilər.
Fələstinin HƏMAS hərəkatının yaraqlılarının 2023-cü il oktyabrın 7-də Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və 250-yə yaxın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, ona və Livan və Suriyanın müəyyən bölgələrinə qarşı qisas almağa başlayıb, bundan sonra Fələstin anklavında quru əməliyyatına başlayıb.
Gülnar
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !