İran Urmiya gölü ilə bağlı qərarını verdi

22:52 | 26.06.2014
İran Urmiya gölü ilə bağlı qərarını verdi

İran Urmiya gölü ilə bağlı qərarını verdi

“İran Urmiya gölünün ətraf ərazisinin canlılarını su və yem böhranı ilə qarşılaşmasından qoruyacaq”.
Axar.az xəbər verir ki, bunu İranın Qərbi Azərbaycan vilayətinin ətraf mühit idarəsinin direktor müavini Həmid Rənaqənd deyib.
 
Onun sözlərinə görə, helikopter və maşınlardan istifadə edərək canlıları su və yemlə təmin edəcəklər.
 
İranın ətraf mühit təşkilatının sədr müavini Şəhrəbanu Əmani Urmiya gölünün bərpası üçün əllərindən gələni etdiklərini və hamının bu sahədə köməyinə ehtiyacları olduğunu bildirib.
 
BMT-nin inkişaf proqramının Asiya və Okeaniya üzrə regional bürosunun direktoru, BMT-nin İrandakı nümayəndəsi və İranın müvafiq qurumlarının rəsmiləri bu gün Urmiya gölü və milli parkına baxış keçiriblər.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM