Bu gün İngiltərənin baş naziri Devid Kemeron və İran prezidenti Həsən Ruhani arasında təkbətək görüş keçirilib.
ANN.Az xəbər verir ki, görüş zamanı İŞİD-lə mübarizə məsələsi əsas müzakirə mövzularından biri olub. BMT-nin Nyu Yorkda keçirilən sammitinin iclasları çərçivəsində baş tutan Kemeron-Ruhanı görüşü tarixi hadisə kimi qiymətləndirilir. Çünki 1979-ci il İrandakı İslam İnqilabından sonra İngiltərə baş naziri ilə İran Respublikasının rəhbərliyi arasında belə bir görüş baş tutmayıb. Görüşlə bağlı yayılan informasiyalarda o da qeyd olunur ki, ingilis baş nazir Ruhanidən İŞİD-ə qarşı mübarizə aparmaqla yanaşı Suriya rejimini dəstəkləmək fikrindən daşındırmaq məsələsi də müzakirə olunub.Baş nazir hesab edir ki, İŞİD-ə qarşı mübarizə aparmaq eyni zamanda İran-Böyük Britaniya əlaqələrinin daha da inkişaf etməsinə səbəb olacaq. İngiltərə bir çox qərb ölkələri kimi Həsən Ruhanin hakimiyyəti dövründə Suriya böhranının sona çatdırılması və Tehranın nüvə proqramı ilə bağlı beynəlxalq ictimaiyyətdəki gərginliyin azaldılması fürsəti kimi dəyərləndirir.İranın keçmiş prezidenti Mahmud Əhmədinejad dövründə iki ölkə arasında baş verən diplomatik böhran hər iki ölkənin öz səfirliklərinin bağlanması ilə nəticələnmişdi. 1979-cu ildən bəri həmin hadisələr iki ölkə arasında ən pis müddət olaraq qiymətləndirilir.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !